Avropadakı Azərbaycan və Türk diaspor təşkilatları Brüsseldə aksiya keçirib

Martın 30-da Avropadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçirib. Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən aksiyanın məqsədi, həyata keçirilmiş terror və soyqırımı aktları, "erməni soyqırımı" iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub. APA TV-nin xəbərinə görə, aksiya Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Hannover Xəzər Cəmiyyəti, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Aksiyada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti, “Odlar Yurdu” Cəmiyyəti və Atatürkçü Düşüncə Dərnəyinin nümayəndələri də fəal iştirak edib. Təxminən iki saat davam edən aksiyaya Azərbaycan və Türk 

 

diasporunun 400 nəfərdən çox nümayəndəsi qatılıb. Aksiya iştirakçıları əvvəlcə Brüsseldə Avropa Parlamentinin binası qarşısına - Lüksemburq meydanına toplaşıb.

Çıxış edənlər 1905-ci ildən bəri Anadoluda və Cənubi Qafqazda yaşayan türklərin erməni millətçiləri tərəfindən soyqırımı və deportasiyalara məruz qaldığını diqqətə çatdırıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv