Bakıda zəncirvari qəza: 10 maşın toqquşdu, ölən var

Bakının Dərnəgül şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, 1 nəfər ölüb. APA TV-nin məlumatına görə, Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində  02 BL 304 dövlət nömrəli nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər də onlara çırpılıb. Şosedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb. Daha sonra sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəzaya uğrayan avtomobillərə dəyib. Bu zaman şosedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KAMAZ” isə “MAZ”a çırpılıb. “KAMAZ”ın sürücüsü 1986-cı il təvəllüdlü Xəyyam Quliyev hadisə yerində ölüb.

 

“KAMAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688  dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 nömrəli   “Chevrolet Aveo” ilə toqquşub.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov rayon şöbəsinin əməkdaşları gəliblər. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daha sonra avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılır. Bundan sonra yolda nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv