İstanbulda girov götürülən prokuror öldü

İstanbulda terrorçuların girov götürdüyü prokuror Mehmet Selim Kiraz yaralı olaraq azad edilib. APA TV-nin məlumatına görə, yaralı prokuror xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. İstanbulun polis rəisi Selami Altınok azadetmə əməliyyatı zamanı iki terrorçunun məhv edildiyini deyib. Polis rəisi deyib ki, 8 saat terrorçularla danışıqlar aparılıb. "Təəssüf ki, terrorçularla danışıq aparılarkən girov götürülmüş prokurorun otağında silah səsləri gəlib, bundan sonra əməkdaşlarımız, təhlükəsizlik qüvvələri əməliyyat keçiriblər”-deyə Selami Altınok bildirib.

 

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu da əməliyyat barədə məlumatlandırılıblar.

 

Qeyd edək ki, ötən gün İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürərək bir neçə şərt irəli sürüblər. Onlar polisi şərtlərinin yerinə yetirilmədiyi təqdirdə prokuroru öldürəcəkləri ilə hədələyiblər.

 

Müəllif | Apa.Tv