İŞİD-ə ağır zərbə: Tikrit azad edildi

İraq ordusu Tikrit şəhərini İŞİD terror qruplaşmasından azad edib.

APA TV-nin məlumatına görə, bu barədə İraqın baş naziri Heydər əl-Abadi açıqlama verib.

 

Baş nazir İraq ordusunun terrorçular üzərində qələbə qazandığını bildirib.  Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından başlayaraq, Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirmişdi. Bu ilin əvvəlindən başlayaraq, İraq ordusu beynəlxalq koalisiya qüvvələri və yerli könüllülərin dəstəyi ilə terrorçulara qarşı böyük əməliyyata başladığını bəyan edib.

 

Tikrit şəhərinin azad olunması İraq ordusuna Mosulu azad etməyə əlverişli şərait yaradır.

Müəllif | Apa.Tv
Apa.tv