İŞİD terrorçuları 40 ələvinin başını kəsiblər
İŞİD terrorçuları Suriyada daha bir qətliam törədib. APA TV-nin xəbərinə görə, terrorçular Hama şəhərinə bağlı Mabuja kəndinə basqın edərək, ən az 40 nəfəri öldürüb. Suriya Dövlət Televiziyasının xəbərinə görə, öldürülənlərin sayı 44-dür.
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müdafiəsi (SOHR) təşkilatı İŞİD-in qətlə yetirdiyi mülki şəxslərin başlarını kəsdiyini və yandırdığını açıqlayıb. Qətliamdan qaça bilən kəndlilər Sabbura kəndinə sığınıblar.
Qeyd edək ki, Mabujanın əsas əhalisi ələvilərdir. Kənddə xristianlar və ismaililər də yaşayır.