Zaqatalada iki ailəyə məxsus ev yanıb
Zaqatalada iki ailəyə məxsus evdə yanğın olub. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qəbizdərə kəndində Rəcəb Buduşov və Xatirə İbrahimovaya məxsus ümumi sahəsi 216 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 72 kv/m-lik sahəsinin yanar konstruksiyaları və evdə ümumi sahəsi 48 kv/m (hər mərtəbəsi 24 kv/m.) olan 2 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.