Bakıda zibil qutusundan yeni doğulmuş uşaq meyiti tapılıb

Bakıda yeni doğulmuş uşaq meyiti tapılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 20-ci sahə, Arif İsmayılov küçəsi, dalan 2 ünvanındakı zibil qutularından birində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması ilə bağlı polisə məlumat daxil olub.

 

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində körpənin  anası Gülnarə Nəriman qızı Əzimova olduğu məlum olub və qadın saxlanılıb.

 

G. Əzimova ilkin ifadəsində uşağın doğuşdan sonra evdə öldüyünü bildirib və uşağın meyitini zibilliyə atdığını bildirib. G. Əzimova sərbəst buraxılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv