İŞİD sevgililəri daş-qalaq etdi

İŞİD terrorçuları hakim olduğu ərazilərdə edamları davam etdirir. APA TV-nin xəbərinə görə, bu dəfə sevgili cütlük daşlanaraq, öldürülüb. Edam İraqın Mosul şəhərinin Ninova rayonunda həyata keçirilib. Cütlük nikaha girmədən sevişməkdə günahlandırılıb. Mediada yayılan fotolardan görünür ki, şəhər meydanına əvvəlcə daşlar gətirilir. Daha sonra terrorçular tərəfindən sevgililərin "günahları" oxunur və daşlanırlar. Edam içində uşaqların da olduğu insan kütləsinin qarşısında həyata keçirilir. Məhkumlar qısa zamanda ölürlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı