Malena Mard: "Qarabağ münaqişəsi ilə bağlı “status-kvo” qәbuledilmәzdir"

"1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib".

 

APA TV-nin mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib. Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: "Bizim üçün də mövcud “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur".

 

O vurğulayıb ki, Avropa İttifaqı Azәrbaycanın әsas tәrәfdaşı olaraq fәaliyyәtini davam etdirәcәk. Onun sözlәrinә görә, bu il Avropa qonşuluq siyasәtinin bir qәdәr dәyişdirilməsi planlaşdırılır: "Bu ilin payız aylarında yeni siyasәt başlanacaq. Statistika göstәrir ki, viza sadәlәşdirilmәsi mәsәlәsindәn sonra sәfәrlәrin sayı artıb. Ötәn il 75 min viza verilib. Avropa İttifaqı Azәrbaycanın ticarәt tәrәfdaşı vә investorudur. Bu ölkә iqtisadiyyatın diversifikasiyası siyasәtini aktiv şәkildә hәyata keçirib".

 

Bunun hәm Azәrbaycan, hәm dә digәr ölkәlәr üçün mühüm olduğunu deyən diplomat əlavə edib ki, enerji sahәsindә әmәkdaşlıq da yaxşı davam edir.

 

Müəllif | Apa.Tv