Bakıda sərnişin avtobusu minik maşınına çırpılıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, Nobel prospektində 1 saylı sərnişin avtobusu yolun kənarında nasaz vəziyyətdə dayanan "VAZ 2106" markalı avtomobili arxadan vurub. Zərbənin gücündən "VAZ 2106" markalı avtomobil yararsız hala düşüb. Sürücü avtomobildə olmadığı üçün xəsarət almayıb .

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova