Balakəndə orta məktəbdə yanğın olub
Balakəndə orta mətkəbdə yanğın olub. APA TV-nin məlumatına görə, yanğın mart ayının 31-dən aprel ayının 1-ə keçən gecə rayonun Şərif kəndində Təhsil Nazirliynə məxsus, ümumi sahəsi 840 kv/m olan, 370 şagird yerlik birmərtəbəli orta məktəb binasında baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində məktəb binasının yanar konstruksiyaları 125 kv/m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv/m və 1 sinif otağının tavanı 15 kv/m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.