Avropa Oyunları ilə əlaqədar Bakıda iş saatları dəyişdiriləcək - SƏRƏNCAM

Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam verib.


Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək,  işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək və işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək pilləli iş rejimi müəyyən edilib. Eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləlli şəkildə təşkili tövsiyə edilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv