Olimpiya stadionunda açılış mərasiminə hazırlıq işləri sürətləndirilib

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı Bakı Olimpiya stadionunda  hazırlıq işləri davam etdirilir. APA TV-nin məlumatına görə, jurnalistlərə açıqlama verən stadionun baş meneceri Ron Kameron bildirib ki, 6 mərtəbədən ibarət olan stadionda işlər sürətləndirilib, işçi qüvvəsinin sayı 500-ə çatdırılıb.

 

Stadionun tikilməsində ən son texnologiyalardan istifadə olunduğunu deyən Kamerun könüllülərin idman arenalarında məşqlərinin tarixini də açıqlayıb. Baş menecer bildirib ki, iyunun 12-də baş tutacaq açılış mərasimindən dərhal sonra bütün avadanlıqlar yığışdırılacaq. Ot örtüyü yenilənəcək. Stadion atletika yarışları üçün hazırlanacaq. Oyunlar başa çatdıqdan sonra isə stadion yenidən bağlanış məraisminə hazırlanacaq.

 

Bakı Olimpya stadionda abadlıq işləri davam etdirilir. 82 kvadrat metrlik yaşıllıq sahəsi salınıb. 68 minlik tamaşaçı tutumuna malik stadiona Olimpya normativlərinə uyğun olaraq ictimai nəqliyyatla və piyada gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3 min 200 yerlik avtomobil parkı inşa edilib.

 

Mərasimlərlə bağlı keçiriləcək şouaların gizli saxlanıldığını deyən menecer bildirib ki, açılış və bağlanış mərasimlərində dünya ulduzları da iştirak edəcək.

 

Müəllif | Apa.Tv