Bakıda minik maşını qatara çırpıldı
Bakının Sabunçu rayonu ərazisində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə "Atəşgah" dairəsi yaxınlığında qeydə alınıb.
"Lada Priora" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşın qatara çırpılıb. Xoşbəxtlikdən sürücü əyləcdən istifadə etməyə vaxt tapıb və yalnız qatar keçərkən ona çırpılıb. Onun əyləcdən istifadə etməməsi avtomobilin qatarın altında qalması ilə nəticələnə bilərmiş.
Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.