Xaçmaz sakini Bakıda narkotiklə tutulub

Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və gəzdirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Mirzə Şirinağa oğlu Rəsulovu saxlayıblar. APA TV-nin xəbərinə görə, paytaxtın Tbilisi prospektində saxlanılan Rəsulovun üzərindən iri sellofan torbada narkotik aşkarlanıb.

 

Mirzə Rəsulovun sözlərinə görə, Qələndər adlı şəxslə Tbilisi prospektindəki dayanacaqda görüşməliymiş. Görüş yerinə gedərkən onu polis əməkdaşları saxlayıb. Mirzəni görüşə göndərənlər onun saxlanıldığını görəndə qaçıblar. Saxlanılan şəxs əlindəki paketin içində narkotik olduğunu bilmədiyini deyib. Hazırda əməliyyatçılar Mirzə Rəsulova narkotik verənlərin kimliyini müəyyənləşdirməyə çalışır. Faktla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv