Rusiyada batan gəminin azərbaycanlı heyət üzvlərinin adları açıqlandı - SİYAHI
Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-nin Moskva müxbirinə verilən məlumata görə, gəmidəki Azərbaycan vətəndaşları aşağıdakılardır:
Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)
Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)
Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)
Əliyev Elman Sərdan oğlu (17.10.1964)
Şakirov Fazil Bilal oğlu (23.10.1959)
Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)
Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).
Mayilağa Talıbov, Elman Əliyev və İmaməddin Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.
Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.
Xatırladaq ki, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.