İran səfiri: “Azərbaycanla viza rejimini sadələşdirmək üçün danışıqlar aparırıq”

“İran Yəməndə baş verən hadisələrdən narahatdır”. Bu açıqlamanı APA TV-yə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin verib. Səfir İranın münaqişələrin dinc yolla həllinin tərəfdarı olduğunu bildirib.

 

“Ümid edirik ki, Yəmənə qarşı olan bu münaqişə tezliklə öz həllini tapacaq. Bu məsələ ilə əlaqədar İran xarici işlər naziri müavini Mürtəza Sərvəti Tunisə və Omana səfər edəcək”.

 

Möhsün Pak Ayin Azərbaycan İranla arasında viza rejiminin  asanlaşdırılması istiqamətində Azərbaycan hökuməti ilə danışıqlar aparıldığını bildirib. Hazırda yalnız Naxçıvan Muxtar Respublikası ilə İran sərhədində asanlaşdırılmış viza rejimi tətbiq edilir. Səfir güman etdiyi bildirib ki, yaxın gələcəkdə Biləsuvar, Astara keçid məntəqələrində və hava limanlarında da asanlaşdırılmış viza rejimi həyata keçiriləcək. Bundan sonra iranlı turistlərin Azərbaycana gəlişi nəzərə çarpacaq dərəcədə artacaq.

 

Müəllif | Apa.Tv