Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir

 

Bu gün Bakıda 14-cü Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir. Expo-Centrdə baş tutan sərgidə 42 dövlətdən 371 şirkət məhsullarını nümayiş etdirir.

 

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, sərginin təşkilatçıları və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq 14 ildir, "AITF" sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda liderdir. Bu sərgi 3 gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirəcək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir.

Sərgidə Türkiyə, Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Sloveniya, Tailand və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir.

 

Qeyd edək ki, "Turizm və səyahətlər" sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə qapılarını aprelin 2-3-də yalnız turizm peşəkarlarının, aprelin 4-də isə bütün səyahət həvəskarlarının üzünə açacaq.

 

Müəllif | Apa.Tv