Bakıda falçını öldürən hüquqşünas: "Heç nə xatırlamıram"

Martın 14 -də Bakıda falçını öldürməkdə  təqsirləndirilən 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov  barəsində  həbs-qətimkan tədbiri seçilib. Hadisəni törədəndən sonra taksi ilə yaşadığı Goranboy rayonuna qayıdan Cahangirovu Səbail  Rayon Polis İdarəsinin əməkdaşları yaxalayıblar. Saxlanılan şəxs  mərhum Tahir Talıbovu çoxdan tanıdığını, onun yanına gedib gələndən sonra baş ağrılarından və əsəb gərginliyindən əziyyət çəkdiyini bildirib: "Bir-iki dəfə yanında olmuşam, baş ağrılarımla bağl,ı amma ağrılarım keçmədi, əksinə daha da şiddətləndi. Onu anlaqsız vəziyyətdə öldürmüşəm".

 

İstintaqla müəyyən edilib ki, Tahir Talıbova 9 bıçaq zərbəsi yetirilib.  Xəsarətlər əsasən baş, ənsə və kürək nahiyələrində olub: "Hadisənin necə baş verdiyini xatırlamıram".

 

Qeyd edək ki, qətlə yetirilən  Lerik rayon sakini,  1970-ci il təvəllüdlü Tahir Talıbovu  İçərişəhər ərazisində  mənzillərdən birini kirayə götürərək orada falçılıqla məşğul olub. Hadisəni törədən şəxsin “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu  bildirilir.

Müəllif | Apa.Tv