Ağstafada “QAZ-24” və “Opel” toqquşdu, yaralananlar var

Ağstafada iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 465-ci km-də, Ağstafa rayonu ərazisində qeydə alınıb. Rayonun Dağ Kəsəmən kənd sakini, 1938-ci il təvəllüdlü Narkom İbrahim oğlu Namazova məxsus "QAZ-24" markalı avtomobil ilə Ağstafa şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Namiq oğlu Sədiyevə məxsus "Opel" markalı maşın toqquşub. Qəza zamanı "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini, 1991-ci il təvəllüdlü Rüfət Tofiq oğlu İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir. 
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli