Kayahan vəfat etdi

Türk musiqisinin əfsanəvi isimlərindən olan bəstəkar-müğənni Kayahan dünyasını dəyişib.
 

APA TV-nin xəbərinə görə, 66 yaşlı Kayahan Açar xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 

Qeyd edək ki, 1949-cu ildə İzmirdə anadan olan Kayahanda xərçəng xəstəliyi ilk dəfə 1990-cı ildə aşkar edilib. O vaxt altı ay ömrü qaldığı deyilən müğənni bu xəstəliyə ilk dəfə qalib gələ bilib, lakin 11 il sonra xəstəlik yenidən baş qaldırıb. Müğınninin üç evlilikdən iki qızı var.

Müəllif | Apa.Tv
Apa.tv