Səfir: "İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir"

"İsrailin Dağlıq Qarabağ münaqişәsi ilә bağlı çox aydın mövqeyi var". APA TV-nin mәlumatına görә, bu sözlәri İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz Dağlıq Qarabağda keçirilәn qondarma "parlament seçkilәri" ilә bağlı suala cavabında deyib.


 O, ölkәsinin münaqişәnin sülh yolu ilә hәllinә tәrәfdar olduğunu bәyan edib: 
 

"Biz Orta Şәrqdәki tәcrübәlәrimizә әsaslanırıq. Münaqişәnin sülh yolu ilә hәllini istәyir vә buna ümid  edirik. Hesab edirik ki, bu, әn yaxşı üsuldur. Biz həmçinin ATӘT-in Minsk Qrupunun sülhә nail olmaq istiqamәtindәki sәylәrini dәstәklәyirik"
Səfir vurğulayıb ki,  İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir. Onun sözlərinə görə, xarici işlәr naziri Aviqdor Liberman da Azərbaycanda olarkәn bunu tәsdiq edib.

 

Müəllif | Apa.Tv
Apa.tv