Fransada qəzaya uğrayan təyyarənin ikinci qara qutusu tapılıb

Fransada qəzaya uğrayan “Airbus-А320” təyyarəsinin ikinci “qara qutusu” tapılıb. APA TV-nin məlumatına görə, bu barədə Marsel şəhərinin prokuroru Bris Roben bildirib.

 

Onun sözlərinə görə, “qara qutunun” vəziyyəti  istintaq araşdırmalarında istifadə edilməsi üçün yararlıdır. “Qara qutu” bu gün Parisə ekspertizaya göndəriləcək. B. Roben bildirib ki, bundan əvvəl tapılan "qara qutu"nun korpusu olub.

 

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. 
 

Müəllif | Apa.Tv