Kürdəmir sakini 38 qram heroinlə tutuldu

Kürdəmirdə narkotik istifadəçiləri saxlanılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Əliyev Azər Maşallah oğlu rayon ərazisində polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun üzərinə baxış keçirərkən istifadəsi və saxlanılması qadağan olunan 0,38 qram çəkidə heroin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı A. Əliyev narkotik vasitəni rayonun Atakişili kənd sakini Kərimov Elxan Burxan oğlundan aldığını bildirib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E. Kərimovdan da eyni çəkidə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 234.1 və 234.2-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov