Yəməndən iki Azərbaycan vətəndaşı təxliyə olunub


Dünən iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən təxliyyə olunub. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib. Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: “Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır”.
 
E. Qurbanov deyib ki, 9 nəfərdən başqa Yəməndən çıxmaq üçün müraciət edən yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv