Yaxın 2-3 gün ərzində Azərbaycanda güclü külək olacaq

Azərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə açıqlamasında deyib ki, bu gündən etibarən Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava müşahidə olunur. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

 

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

 

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.

Müəllif | Apa.Tv
Apa.tv