Elman Rüstəmov yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi məsələsi müzakirə olunub.

 

MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Elman  Rüstəmov artıq 20 ildir ki, Azərbaycan Mərkəzi Bankına uğurla rəhbərlik edir: "Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyü məsələsini və onların fəaliyyətini yüksək qiymətləndirirəm".

 

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Elman Rüstəmov çox peşəkar kadrdır: "Elman Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Xaqani Abdullayev isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə o, Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. Elman Rüstəmov və Xaqani Abdullayev onlara göstərilən etimadın öhdəsindən layiqincə gəliblər".

 

Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə təyin edib.

Müəllif | Apa.Tv
Apa.tv