ADİU tələbələri London İqtisadiyyat Məktəbinin diplomunu ala biləcək

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və London Universitetinin London İqtisadiyyat Məktəbi arasında memorandum imzalanıb.

 

APA TV-nin xəbərinə görə, Universitetin rektoru Ədalət Muradov bildirib ki, proqramı keçən tələbələr London İqtisadiyyat Məktəbi ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanacaqlar: “Əməkdaşlıq sazişi nəticəsində azərbaycanlı tələbələr İqtisad Universitetində proqrama yiyələnməklə həm də London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edə biləcəklər. Tədris London İqtisadiyyat Universitetinin tədris proqramına uyğun olaraq aparılacaq”.

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında Azərbaycandakı ali məktəblərin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusi önəm daşıdığını söyləyib. O bildirib ki, Təhsil Nazirliyi ali məktəblərin beynəlxalq əməkdaşlığını dəstəkləyir. 120 illik tarixə malik London İqtisadiyyat Məktəbi və 85 illik tarixə malik Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı ölkəmizin inkişafına öz töhfəsini verəcək.

 

Sonra Oksbric Təhsil Mərkəzinin rəhbəri Keyt Şarp London İqtisadiyyat Məktəbi haqda ətraflı məlumat verib. London İqtisadiyyat Məktəbinin dərəcə proqramının və LCCI proqramının təqdimatı da keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv