Tovuzda 20 yaşlı qızı zorlayanlar tutuldu

Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. 

 

APA TV-nin Lent.az-a istinadən məlumatına görə, bu günlərdə Əyyublu kənd sakini olan 20 yaşlı G.N. bir neçə həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib.

 

Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin dörd nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb. 

 

Baş Prokurorluqdan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində Tovuz rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv