DSMF Kürdəmirdə “Açıq qapı günü” keçirib

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Kürdəmirdə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dövlət qulluqçularının pensiya təminatı,  fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar mövzusuna həsr olunan tədbirdə Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.  Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta pensiya sistemində davamlı inkişafa nail olunur: “Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanıb”.

 

Tədbirdə çıxış edən Fondun şöbə müdiri Fərid Baxşıyev dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirilib.

 

DSMF-nın əməkdaşı Emil Əfəndiyevin fondun fəaliyyət istiqamətləri barədə çıxışlardan sonra diskussiyalarla davam etdirilən regional vətəndaş  forumunda iştirakçıların mövzu ilə bağlı əlavə suallar cavablandırılıb, təklifləri müzakirə edilib.

 

Müəllif | Apa.Tv
Zahid Abışov