Kürdəmirdə “Mercedes”lə “VAZ-21014” toqquşdu

Kürdəmirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 200-cü kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

“Mercedes” markalı minik maşını ilə “VAZ-21014” markalı minik maşını toqquşub. Nəticədə “Mercedes” də olan Kəlbəcər rayon sakinləri - 40 yaşlı Əliyev Sədaqət Veysəl oğlu və onun kiçik qardaşı 36 yaşlı Vidadi, “VAZ” markalı maşının sürücüsü, Gədəbəy rayon sakini 29 yaşlı Məmmədov Gəray Tofiq oğlu və onun böyük qardaşı, 31 yaşlı Seyfəddin ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov