Maşın oğrusu siqnalizasiya sistemli maşınlara necə daxil olduğunu danışdı - VİDEO

“Hyundai Sonata olub, “Vaz 2107” olub. Maşında şam bilirsiniz də nədir? Onu ayırırdım, pəncərəsini sındırıb, içəri girirdim”. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində oğurluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakinini şübhəli şəxs qismində yaxalayıblar.

 

Polisdən APA TV-yə verilən məlumata görə, 20 yaşlı Pərviz Atəş oğlu Hüseynli işlədiyi çay evindən və bir neçə avtomobildən oğurluq edib. Özünün dediyinə görə, qarət etdiyi maşınların sayı 8-dir: “Bilirdim ki, əvvəllər işlədiyim çay evindəki seyfdə həmişə pul var. Gecə gəldim, girdim, götürdüm. Pulları kafelərdə xərclədim”.

 

26 yaşlı digər bir Sabirabad sakinini də polislər oğurluq etdiyinə görə yaxalayıblar.  26 yaşlı  Həzrulla İbadulla oğlu Həziyev ibtidai istintaqa verdiyi ifadəsində məhəllələrindəki dükana 305 manat borcu olduğu üçün bu yola düşdüyünü etiraf edib. Əsasən həyət evlərinə daxil olan  Həziyev qarşısına çıxan hər şeyi oğurladığını bildirib. Hazırda polis onun ayrı hansı cinayətlərdə iştirak edib-etmədiyini araşdırır. Hər iki faktla bağlı araşdırmalar davam edir.

 

  

Müəllif | Apa.Tv