Şirvanda avtokran aşdı, sürücü hadisə yerindən qaçıb

Dünən axşam Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə aprelin 3-də saat 21.30 radələrində Şirvan-Salyan avtomagistralının Şirvan ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"KamAZ" markalı "İvanovets" avtokranının sürücüsü idarəetməni itirib. Nəticədə kran yoldan çıxıb və arxası üstə aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı sürücü xəsarət almayıb. Sürücü hadisə yerini tərk edib. Hadisə yerində müayinələr aparan polis əməkdaşları ərazini tərk edən sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

 

Qeyd edək ki, avtokran Şirvan elektrik şəbəkəsinə məxsus olub və qeyri-iş saatında qəzaya uğrayıb.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı