İstanbulda məhv edilən qadın terrorçu dəfn olundu

İstanbulda polis idarəsinə hücum zamanı məhv edilən terrorçu Elif Sultan Kalsen Tuncelidə dəfn edilib.

 

APA TV-nin məlumatına görə, İstanbulda məhkəmə-tibb ekspertizasından təhvil verilən cənazə təyyarə ilə Elazığa, oradan isə avtomobillə Tunceliyə aparılıb.

 

Dəfn zamanı məzarlıq ətrafında polis və əsgərlər tərəfindən yüksək təhlükəsizlik tədbirləri görülüb. Dəfn mərasimində bir qrup şəxs terrorçuluğu dəstəkləyən şüarlar səsləndirib.

 

Qeyd edək ki, aprelin 2-də İstanbulda polis idarəsinin binasına terror hücumu olub. Təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə qadın terrorçu Elif Sultan Kalsen məhv edilib, daha bir terrorçu isə yaralı vəziyyətdə ələ keçirilib. Terrorçu qadının üzərindən tapılan partlayıcılar istehkamçılar tərəfindən zərərsizləşdirilib. Terror hücumu zamanı iki polis əməkdaşı da xəsarət alıb. 

Müəllif | Apa.Tv
Apa.tv