Keniyada universitetə hücumla əlaqədar 5 nəfər tutuldu

Keniyada universitetdə 148 nəfərin ölümü ilə nəticələnən hücumla əlaqədar 5 nəfər saxlanılıb.

 

APA TV-nin CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Keniyanın DİN rəhbəri İosif Nkaisseri bildirib.

 

Həbslərin təfərrüatları açıqlanmır. Bildirilir ki, hücum “Əş-Şabab” terror qruplaşmasının  üzərilərinə partlayıcı qurğu bağlamış silahlıları tərəfindən törədilib. Onlar aprelin 2-də səhər saatlarında Somali ilə həmsərhəd Qariss şəhərindəki universitet yataqxanasına hücum ediblər.

 

Bundan əvvəl Keniya hakimiyyəti universitetə hücum edənlərin saxlanılmasına görə 215 min dollar mükafat vəd edib.

Müəllif | Apa.Tv
Apa.tv