Sabirabad sakininin evi külə döndü

Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Sabirabad rayonu, Quruzma kəndində 1971-ci il təvəllüdlü Abbasov Salman Səttar oğluna məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. 
 
Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv