Braziliyada kütləvi aksiyalar başladı

Braziliyada kütləvi aksiyalar keçirilib.

 

APA TV-nin məlumatına görə, ölkənin bir neçə şəhərində keçirilən aksiyalara səbəb polisin bir müddət əvvəl narkotik alverçilərinə qarşı keçirdiyi əməliyyat zamanı 10 yaşlı uşağın ölməsidir.

 

Rio de Janeiroda keçirilən aksiya zamanı polis və hökumət sərt şəkildə tənqid olunub. Aksiyaya evinin qarşısında durarkən güllələnən Eduardo De Jesusun anası da qatılıb.

 

Qeyd edək ki, bir neçə şəhərdə keçirilən aksiyaya Braziliya polisi sərt şəkildə müdaxilə edib. Aksiya iştirakçılarına qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

 

Braziliya hökuməti qəzəbli kütləni dağıtmaq üçün 10 yaşlı uşağın ölümünə səbəb olan polislərin işdən qovulduğunu açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv