Son yeddi azərbaycanlı da Yəməndən təxliyə olundu


Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb. Bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib. Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyə olunmağı gözləyən azərbaycanlı yoxdur”. Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv