Çexiya prezidenti: “Bundan sonra qapılarım ABŞ səfiri üçün bağlı olacaq”

Çexiya prezidenti Miloş Zeman Praqadakı iqamətgahının qapılarını ABŞ səfiri üçün bağlı elan edib. APA TV-nin məlumatına görə, ABŞ-ın Çexiyadakı səfiri Moskvada Qələbə Paradında iştirak edəcəyinə görə prezidenti tənqid edib. Miloş Zeman isə səfiri öz səlahiyyətlərini aşmaqda günahlandırıb: 
 
Təsəvvür edə bilmirəm ki, bizim Vaşinqtondakı səfirimiz Amerika prezidentinə hara səfər edə biləcəyinə dair göstəriş versin. Mən heç bir səfirə xarici səfərlə planlarıma müdaxilə etmək imkanı vermərəm”. 
 
ABŞ səfiri Endrü Şapironun “Çexiya prezidentinin Moskvaya getməsi Qərbin Ukrayna məsələsində mövqelərini zəiflətmiş olacaq” fikrini şərh edən Miloş Zeman bildirib ki, artıq iqamətgahının qapıları Şapiro üçün bağlıdır. 
 
Xatırladaq ki, Avropa Birliyi ölkələrinin liderlərindən mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına getməyə yalnız Çexiya prezidenti və Yunanıstanın baş naziri razılıq verib. Ümumilikdə Kreml 68 dövlət və hökumət rəhbərinə paradda iştirak üçün dəvətnamə göndərib. 

Müəllif | Apa.Tv
Apa.tv