Bakıda havanın hərarəti 16 dərəcəyə çatacaq

Yaxın iki-üç gün ərzində ölkə ərazisində havalar əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında cənub qərb küləyi əsəcək, arabir güclənəcək. Paytaxtda havanın temperaturu günorta saatlarında 12-16 dərəcə arasında dəyişəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, bölgələrdə hava şəraiti əsasən yağmursuz olacaq: “Gecə və səhər saatlarında isə bəzi yerlərdə duman olacağı istisna edilmir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 15-20 dərəcə isti olacaq, dağlarda isə 7-12, bəzi yerlədə 15 dərəcəyədək isti müşahidə ediləcək”. 
 
Yaxın iki-üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsəsən əlverişlidir.

Müəllif | Apa.Tv
Apa.tv