Masallıda “SHACMAN” və “Jiquli” bir-birinə girdi - REAL GÖRÜNTÜ

Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.30 radələrində Ələt-Astara magistralının 166-cı kilometrliyində - yolun rayonun Musakücə kəndindən keçən hissəsində qeydə alınıb.

 

Lerik rayon sakini, 29 yaşlı Vasif Məmmədovun idarə etdiyi “SHACMAN” markalı minik avtomobili Masallı rayonunun Musakücə kənd sakini, 25 yaşlı Abid Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-21011”-in sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv