Ucarda dövlət qurumunun binası külə döndü

Ucar rayonunda güclü yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın Kənd Təsərrüfatı Nazirliyi yanında yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon şöbəsinin inzibati binasında qeydə alınıb.

 

Üçmərtəbəli binanın yuxarı hissəsində başlanan yanğın tezliklə bütün binanı əhatə edib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi, texnikası cəlb olunub. Binada olan şəxslər evakuasiya edilib. Yanğın lokallaşdırılıb. 

 

Binanın tamamilə yandığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

Yanğının səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov