Azərbaycan prezidenti Ciddə şəhərinə səfər edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 6-da Ciddə şəhərinə gəliblər.

 

APA TV-nin AzTV-yə istinadən xəbərinə görə, Ciddə şəhərinin beynəlxalq hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan prezidenti İlham Əliyev Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb. Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Son on ildə Bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi vurğulanıb. Azərbaycanla İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

 

Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv