Bakıda "Lifan" və "Nissan" toqquşdu

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

 

Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan "Lifan" markalı minik maşını ilə eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Lifan"ın fiziki qüsurlu sürücüsü xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alan sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

 

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin məlumata görə, "Lifan" markalı avtomobilin sürücüsü Dilarə Əliyeva küçəsindən Azadlıq prospektinə dönərkən "Yol ver!" nişanının tələbinə əməl etməyib. Nəticədə "Lifan" Dilarə Əliyeva küçəsi ilə qarşıdan gələn və Ağalarzadə Namiq Ədalət oğlunun idarə etdiyi "Nissan"la toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv