Oğurladığı maşınlarda yatan gənc tutuldu

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Rusiya istehsalı olan "VAZ" markalı avtomobillərə qənim kəsilən 22 yaşlı Sənan Şirinovu saxlayıb.

 

APA TV-nin xəbərinə görə, polis əməkdaşları Sənan Şirinovu oğurluq avtomobildə yatarkən tapıblar.

 

Polis idarəsinə gətirilən Sənan Şirinov 3 avtomobil qaçırdığını etiraf edib. Onun ilk qaçırdığı avtomobil tanışının "VAZ-2106" markalı maşını olub. Sənan Şirinovu oğurluğa sövq edən səbəb isə atası ilə arasındakı anlaşılmazlıq olub.

 

Avtomobilləri içərisində gecələmək üçün qaçırdığını deyən Sənan Şirinovun barəsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv