Yunanıstan Almaniyadan 279 milyard avro təzminat tələb edir

Yunanıstan Almaniyadan 279 milyard avro təzminat tələb edir.

 

APA TV-nin məlumatına görə, baş nazir Aleksis Çiprasın gündəmə gətirdiyi "II Dünya müharibəsi təzminatı"nın hesablamasını Yunanıstan parlamenti aparıb. Hesablamalara görə, Çipras hökuməti Almaniyadan II Dünya müharibəsinin təzminatı olaraq 279 milyard avro istəyir.

 

Yunanıstanın maliyyə nazirinin köməkçisi Dimitris Mardas müharibədə Faşist Almaniyası tərəfindən işğal edilən Yunanıstana dəyən zərərin parlamentin alt komitəsində hesablandığını və bu məbləğin Almaniya tərəfindən ödənilməli olduğunu söyləyib. Almaniya hüquqi və siyasi cəhətdən belə bir borcun olmadığını, Yunanıstan isə həm işğal təzminatı, həm də xəzinədən alınan pulun günün qiymətlərinə uyğunlaşdırıldığını önə sürür.

 

Yunanıstanın istədiyi təzminatın miqdarı ölkənin illik gəlirindən daha artıqdır. Eyni zamanda ölkənin 330 milyard xarici borcu var. Tələb olunan məbləğ isə Almaniyanın illik milli gəlirinin 40%-ni təşkil edir.

 

Qeyd edək ki, müharibə təzminatı məsələsini baş nazir Çipras Berlin səfəri zamanı dilə gətirmiş, Almaniyanın baş naziri  Merkel isə hesabların bağlandığını vurğulamışdı.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı