Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi rəsmiləşdi
Bu gün Bakıda Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb.
APA TV-nin xəbərinə görə, müqaviləni İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ barədə qərar qəbul olunub.
İslam Həmrəylik Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək keçiriləcək.