Deputatlığa namizəd olmadığı üçün özünü öldürdü

Türkiyənin Bingöl vilayətində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizədliyə namizəd, 48 yaşlı Cəlal Ayrançı deputatlığa namizədlərin siyahısında yer almadığına görə intihar edib.

 

APA TV-nin məlumatına görə, Cəlal Ayrançı böyük qardaşı ilə Ankaraya gəlib və "Rixos" hotelində yerləşib.

 

O, deputatlığa namizədlərin siyahısının açıqlandığı zaman siyahıda adını görməyib. Ayrançı qardaşını hotelin dəhlizində qoyaraq otağa qalxıb və tapança ilə başından atəş açıb. Silah səsi eşidən hotel işçiləri otağa girdikdə, qorxunc mənzərə ilə qarşılaşıblar.

 

Faktla bağlı Türkiyə polisi araşdırma aparır.

 

Müəllif | Apa.Tv