Paytaxt sakininin boğazına bıçaq dirəyib telefonlarını oğurladılar
Nizami polisi rayon ərazisində quldurluqla məşğul olan şəxsləri saxlayıb.
APA TV-nin məlumatına görə, paytaxt sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi rayonun Çobanzadə küçəsi-35 ünvanında qeydə alınıb.
Belə ki, Sarvan Ramazanov və Şahin Şəfiyev əvvəlcədən əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyiblər və iki mobil telefonunu əlindən alaraq qaçıblar.
Taleh Ağayev dərhal hadisə ilə bağlı polisə məlumat verib.
Nizami polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılaraq polis idarəsinə gətirilib. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.