İŞİD 4 nəfəri edam etdi
İŞİD terror qruplaşması 4 nəfərin başı kəsilməklə edam səhnəsinin əks olunduğu video yayıb.
APA TV-nin xəbərinə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalının məlumatında bildirilir.
Məlumata görə, qətl İraqın Mosul şəhərində törədilib. Dörd iraqlı formal olaraq pul oğurluğunda və qadının öldürülməsində ittiham edilərək başları qılıncla kəsilməklə edam olunub. Hökm elan edildikdən dərhal sonra şəhər meydanlarının birində kütlə qarşısında icra olunub.